"Kəpəz" cari mövsümün qalan hissəsində ev oyunlarını Qəbələdə keçirməyəcək.
Sportnet.az xəbər verir ki, buna səbəb "Qəbələ"nin öz stadionunu Gəncə təmsilçisinin sərəncamına verməkdən imtina etməsi səbəb olub.
Ot örtüyünün həddindən artıq yükləndiyini əsas gətirən bölgə təmsilçisinin rəhbərliyi "sarı-göylər"in ev oyunlarını Qəbələdə keçirməsinə razılıq verməyib.
Bu səbəbdən "Kəpəz" XXVI turun "Neftçi" ilə ev matçını Tovuzda, "Qarabağ"la XXVIII tur görüşünü isə Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcək.