
Almaniyada UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda üz-üzə gələcək "Bayer" və "Qarabağ"ın start heyətləri bəlli olub.
Sportnet.az-ın məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaq.
"Bayer": Matey Kovar, Pyero İnkeyp, Odilon Kossunu, Yonas Hofmann, Robert Andrix, Borxa İqlesias, Florian Virts, Edmond Tapsoba, Amin Adli, Ceremi Frimponq, Qranit Caka
"Qarabağ": Andrey Lunyov, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Julio Romao, Yassin Benzia, Marko Yankoviç, Abdullah Zubir, Bəhlul Mustafazadə, Leandro Andrade, Marko Veşoviç, Juninyo
Qeyd edək ki, bu gün Leverkuzen şəhərindəki "Bay Arena"dakı qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlanacaq. İlk matçda heç-heçə qeydə alınıb - 2:2.