"Bu gün sanki hər kəs "Qarabağ"ı qoruyur. Komandalar bu rəqibə öz aqressivliyini göstərməlidirlər".
Sportnet.az xəbər verir ki, bu fikirləri "Kəpəz"i baş məşqçisi Adil Şükürov "Qarabağ"a 1:6 hesabı ilə uduzduqları Premyer Liqanın XXVIII tur matçından sonra mətbuat konfransında deyib.
Mütəxəssis rəqibi çempionluq münasibəti ilə təbrik etdiyini söyləyib: "Amma bu, bu gün üçündür. Daha irəli baxmalıyıq. Növbəti turlarda istəkli kollektiv olmalıyıq. Sona 8 tur qalmış komanda çempion oldusa, bu, sondur. Klublar gələcəkdə daha aqressiv çıxış etməlidirlər".