
AFFA Hakimlər Komitəsinə yeni sədr təyin olunacaq.
Sportnet.az sportinfo.az-a istinadən xəbər verir ki, müqavilə müddəti iyunda başa çatacaq Barış Şimşek ilə danışıqlar aparılmır. İki il öncə bu vəzifəyə gətirilən türkiyəli funksionerə yeni sözləşmənin təklif olunması nəzərdə tutulmayıb.
Mənbəyə federasiyadan verilən məlumata görə, Şimşəyin fəaliyyəti yeni rəhbərliyi qane etmir. Bu, Premyer Liqanın cari mövsümündə hakim qalmaqallarının və onlar tərəfindən yol verilən səhvlərin sayının kifayət qədər artması ilə əlaqədardır.