"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Beşiktaş"ın baş məşqçisi postuna namizədlər arasındadır.
Sportnet.az xəbər verir ki, bu barədə İstanbul klubunun Xarici Əlaqələr üzrə Departament rəhbəri Meriç Müldür "ARB 24" kanalına açıqlamasında deyib. O, Qurban Qurbanovun namizədlər siyahısında olduğunu təsdiqləyib:
"Amma bu gün üçün qətiləşmiş bir durum yoxdur. Çünki çoxlu namizədimiz var. "Beşiktaş" Fernando Santuşda axtardığını tapa bilmədi. İndi axtarışlar başlayıb. Yeni mövsüm üçün baş məşqçimizin əcnəbi olacağı görünür. Lakin əlbəttə, Sərgən Yalçın kimi ismi ön plana çıxan türk məşqçimiz də var. Qurban Qurbanov da namizədlərdən biridir. Onun da adı Türkiyə mətbuatında hallanır. Amma hələlik qəti qərar verilməyib və indi bu barədə danışmaq tez olar", - deyə klub rəsmisi bildirib.