UEFA Avropa Liqasında 2023/2024-cü illər mövsümünün qalibi müəyyənləşib.
Sportnet.az xəbər verir ki, İrlandiyanın paytaxtı Dublindəki "Dublin Arena"da keçirilən final matçında Almaniyanın "Bayer" və İtaliyanın "Atalanta" klubları üz-üzə gəlib.
Görüşdə qələbə qazanan (3:0) berqamolular tarixlərində ilk dəfə Avropa Liqasının qalibi olublar.
Qarşılaşmanın 12-ci, 26-cı və 76 cı dəqiqələrində fərqənməklə het-trik edən Ademola Lokman leverkuzenlilərin 51 oyunluq məğlubedilməzlik seriyasına son qoyub.
------------------------
Bu gün UEFA Avropa Liqasında 2023-2024-cü illər mövsümünün qalibinin adına aydınlıq gələcək.
Sportnet.az xəbər verir ki, final oyununda İtaliyanın “Atalanta” və Almaniyanın “Bayer” komandaları üz-üzə gələcək. İrlandiyanın paytaxtı Dublin şəhərində keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Görüşü Rumıniyadan olan FIFA referisi İştvan Kovaç idarə edəcək.
Qeyd edək ki, turnirin son qalibi İspaniyanın “Sevilya” komandası olub.
Avropa Liqası
Final
22 may
23:00. "Atalanta" (İtaliya) - "Bayer" (Almaniya) - 3:0 (İkinci hissə)
Qollar: Ademola Lokman, 12; 26; 75
Dublin, İrlandiya.