
İspaniyanın "Barselona" klubunun futbolçuları Lionel Messi, Neymar və Luis Suares birlikdə yeni rekorda imza atıblar. Sportnet.az-ın məlumatına görə, futbolçular İspaniyada ən çox qol vuran üçlük adını qazanıblar.
İspaniya Kral kubokunun finalında "Atletiko" (Bilbao) ilə qarşılaşan kataloniyalıların hücumçuları rəqib qapısından 3 (3:1) top keçirməklə bu rəqəmi 120-yə çatdırıblar.
Qeyd edək ki, bundan öncə həmin rekord Madrid "Real"ının futbolçuları Kriştiano Ronaldu, Kərim Benzema və Qonzalo İquaniə məxsus idi.







































































