“Sabah”ın sabiq futbolçusu Mixeil Erqemlidze yenidən legioner həyatı yaşayacaq.
Sportnet.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi Kambocada oynayacaq. O, bu ölkənin iddialı klublarından olan “Kirivonq”la anlaşıb.
Erqemlidze “Dinamo”(Tbilisi), “Qaqra”, “Adana Demirspor”da oynadıqdan sonra 2021-ci ilin avqustunda “Sabah”a keçmişdi. “Kəpəz”də də icarə əsasında çıxış etmiş gürcü futbolçu Azərbaycanı tərk etdikdən sonra “Brera” (Şimali Makedoniya” və “Betlemi” (Gürcüstan) komandalarında forma geyinib.