1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Türkmənistan millisi Bakıda
Türkmənistanın futzal yığması Azərbaycana gəlib. Sportnet.az-ın məlumatına görə, bu milli komanda V Asiya Oyunlarına hazırlığın növbəti mərhələsini Bakıda keçirməyi məqsədəuyğun sayıb. Həmin yarış 2017-ci ilin sentyabrında Aşqabadda keçiriləcək.
Türkmənlər ölkəmizə 24 nəfərlə gəlib ki, onların 19-u 6 klubu təmsil edən futzalçılardır. Nümayəndə heyətinə yaponiyalı baş məşqçi Keoxey Nakamura başçılıq edir. Karyerasında çempionluqları olan 49 yaşlı mütəxəssis bu ildən Türkmənistan millisinin baş məşqçisidir.
Asiya təmsilçisi paytaxtımızda dekabrın 28-dək davam edəcək təlim-məşq toplanışında 5 yoxlama oyuu keçirəcək. Rəqiblər futzal çempionatımızın yüksək liqa və birinci divizionunda çıxış edən klublar olacaq.
Qeyd edək ki, Nakamura Türkmənistandan kənarda ilk hazırlığı öz vətənində - Tokioda keçirib və yerli klublarla 6 sınaq matçında yetirməərini iş başında görüb.