Futzal üzrə Azərbaycan Yüksək Liqasında II turunda iki futzalçı oyunları buraxacaq.
Sportnet.az xəbər verir ki, "Neftçi” İK İB-nın üzvü Mühəmməd Katebi və "Araz”ın hücumçusu Xətai Bağırov cəza səbəbində qarşılaşmalarda iştirak etməyəcək.
İranlı legioner ötən tur "Xəzər Cənub”la oyunda ikinci sarı-qırmızı vərəqə aldığına görə meydana çıxmayacaq. İntizam Komitəsi onu 2 oyunluq cəzalandırıb.
X. Bağırovun cəzası isə ötən mövsümdən davam edir. "Xəzər Cənub”la dueldən sonra "Araz”ın üzvü komandasın kömək edə biləcək.