Futzal üzrə Azərbaycan Yüksək Liqasında IV turdan təxirə salınmış oyun keçirilib.
Sportnet.az xəbər verir ki, Bakı İdman Sarayında "Yasamal” FK və "Xəzər Cənub” komandaları üz-üzə gəlib. Fasiləyə qədər komandalar hərəyə bir dəfə fərqlənib. Halbuki "Xəzər Cənub” daha çox qol vura bilərdi. Bunun üçün nominal qonaqlar iki dəfə təyin edilmiş 10 metrlik zərbəni dəqiq yerinə yetirməli idi. Ancaq Mehdi Pənahande qeyri-dəqiq oynadı, Farid Mazahevinin zərbəsini isə qapıçı zərərsizləşdirib.
İkinci hissədə üstünlük "Xəzər Cənub”un tərəfində oldu. Oyunun gedişində "Yasamal” FK-nın 2 oyunçusunun qırmızı vərəqə alması və komandasını azlıqda qoyması da nəticəyə təsirsiz ötüşmədi. Beləliklə ilk "4-lük”ə iddialı iki komandanın cari mövsümdəki ilk duelini "Xəzər Cənub” qazandı. Bu komandalar arasında növbəti təxirə salınmış oyun dekabrın 10-da, saat 12:30-da Bakı İdman Sarayında keçiriləcək.
Yasamal FK – Xəzər Cənub 3:7 (1:1)
Hakimlər: Azad Hüseynov, Mehman Mahmudov, Rahin Heybətov
Hakim-inspektor: Şahin Cəfərov
Qollar: S. Amini, 12:01, M. Cahandost, 32:48, S. Jamali, 36:59 // Ş. Şahnazi, 19:38, 31:07, F. Mazahevi, 22:44, 24:25, H. Rezvan, 26:07, A. Mikaili, 32:15, M. Nasirzadeh, 35:42
Sarı vərəqələr: S. Amini, 04:58, S. Jamali, 09:14, S. Cavid, 10:00, R. Xorasani, 26:07
Qırmızı vərəqələr: S. Amini, 29:59 (ikinci sarı), M. Cahandost, 34:0