Futzal üzrə 2019/2020 mövsümündə Azərbaycanın Birinci və İkinci Liqalarında iştirak edəcək komandalar siyahısı bəlli olub.
Azərbaycan Futzal Federasiyasının Mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, hər bir yarışda 20 kollektiv mübarizə aparacaq. Birinci Liqada “Standard”, “Baku Fire-2”, AZMİU, ADBTİA, “Zəngilan”, “Harmony Otel”, “Metropoliten”, “Xızı Yasamal”, “Ulduz”, “Çinar”, “Forza Neftçi”, “Yasamal” İSK-2, “Star karqo”, “Baku Fans”, U-19, “Təhsil”, “Rayyan” MFK, “Zirvə”, “Qarabağ-Füzuli” və BNA yer alacaq.
İkinci Liqada isə NTD, “Baker Tilly”, “Kaspar”, “Təbriz”, “Borçalı”, “Advokat”, “Star karqo-2”, “ASCO Dənizçi”, “Emin spor”, “Baku Fire-3”, “Zülfüqar”, “Hövsan”, “Bibi-Heybət”, “Gənclik” İK, “Dalğa”, “Bədr Xocalı”, “Baker Hughes”, “Atletiko Baku”, “Timsport” və “Altay” qüvvəsini sınaycaq.
Ötən mövsümlə müqayisədə Birinci Liqada iştirakçıların sayı 16-dan 20-yə yüksəlibsə, İkinci Liqada sabit qalıb.
Xatırladaq ki, yeni mövsümdə Azərbaycan Yüksək Liqasında 10 komanda olacaq. Bunlar “Araz”, EKOL, “Neftçi” İK, “Yasamal” İSK, “Marafon Futsal”, “Baku Fire”, “Record club”, “Xəzər” (Yardımlı), TFF-55 (Tələbə Futbol Federasiyasının) və “Quba Premyer”dir.
Yeni mövsümünün püşkü sentyabrın 4-də atılacaq. Bakı İdman Sarayının Mətbuat Konfransı otağında təşkil ediləcək mərasim saat 11:30-da başlayacaq. Əvvəlcə Yüksək Liqanın püşkü atılacaq. Saat 12:00-da Birinci, saat 12:30-da isə İkinci Liqanın püşkatma mərasimi olacaq.