"İlk oyunlar hər zaman çətin alınır. Əsəblər gərginləşir, qalib gəlmək istəyir. Özü də bosniyalılar uzun müddət qapıçı ilə irəlidə oynadılar və bunun özü də çətin idi. Bizim qol vurmaq üçün 8-9 qol imkanlarımız oldu. Ancaq istifadə edə bilmədik. Bosniya və Herseqovinanın zəif komanda olduğunu da düşünmürəm. Çox yaxşı da futzal oynadılar". Bunu Sportnet.az-a açıqlamasında Eduardo Borges deyib.
Futzal üzrə milli komandamızın üzvü bosniyalıların onlara çətinlik yaratdığını söyləyib. Braziliyalı futzalçı Albaniya ilə matçda millimizin qələbə şanslarını da dəyərləndirib: "Bosniyalılar hündüroyludular deyə, onlara qarşı oynamaq çətin olur. Yaxşı da korpus qoyurdular. Amma bizim də hərəkətimiz əla idi. Bizim əsas problemimiz düşən imkanlarından yararlana bilməməkdi. Qol imkanlarından yararlansaydıq 9:3, 10:3 olardı".
Borges bildirib ki, Albaniyaya qarşı tamam başqa oyun, başqa atmosfer olacaq: "Bugünki oyundan fərqli olaraq sabah daha yaxşı konsentrasiya olmalıyıq. Albaniyaya qalib gəlmək üçün oynayacağıq".