Azərbaycanın yunan-Roma güləşçisi Xasay Həsənli Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında yarımfinala yüksəlib.
Sportnet.az-ın məlumatına görə, 77 kq çəki dərəcəsində çıxış edən idmançı təsnifatda Şahan Acarı (Türkiyə), 1/4 final mərhələsində Aistis Liaugminası məğlub edib.
Həsənli finala gedən yolda Mukuta Politayevlə (Ukrayna) üz-üzə gələcək.
Bu gün mübarizəyə qoşulan Rahim Həsənov (55 kq), Ziya Babaşov (63 kq), Məhəmməd Əhmədiyev (87 kq) və Sərxan Məmmədov (130 kq) ilk görüşlərində uduzublar. Onlar yalnız rəqibləri finala yüksələcəyi təqdirdə təsəlliverici qarşılaşmada iştirak edəcəklər.
Qeyd edək ki, Avropa çempionatı martın 19-da başa çatacaq.