
Azərbaycanın futzal millisi bugün DÇ-2024-ün elit-raund mərhələsində son oyununu keçirib.
Sportnet.az xəbər verir ki, Vitali Borisovun baş məşqçilik etdiyi komanda bağlanış matçında Niderlandın qonağı olub və 0:3 hesabı ilə uduzub. Bununla da, milli pley-offa yüksəlmək şansını itirib.Yığma 4 xalla qrup sonuncusu olub.
Qazaxıstan 18 xalla 1-ci, Niderland 9 xalla 2-ci yerə çıxaraq pley-offa vəsiqə qazanıb.
DÇ-2024, Elit-raund
20 dekabr
21:30. Niderland – Azərbaycan - 3:0
Qollar: Attahiri, 1 (1:0), Buzambu, 10 (2:0), Ceyar, 38
Hakimlər: Dominikas Norkus, Mantas Pomeckis, İrmantas Kapraşovas (hamısı Litva)
Xallar: Qazaxıstan - 15, Niderland - 6, Rumıniya - 4, Azərbaycan - 4.