Bədii gimnastika üzrə Azərbaycan milli komandasının üzvləri Ermənistanın Gəncədəki dinc sakinləri raket atəşinə tutması nəticəsində xəsarət alanlara və həlak olanların ailələrinə baş çəkib.
Sportnet.az-ın Azərbaycan Gimnastika Federasiyasının "Facebook" səhifəsinə istinadən məlumatına görə, komanda üzvləri zərərçəkənlərin ailə üzvləri ilə öz hisslərini paylaşıblar.
Həmçinin, Gəncədəki həmkarları ilə görüşən gimnastlar mənəvi dəstəklərini çatdırıblar.