1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Albert Səlimov: "Yaralı yerimə toxundunuz" - MÜSAHİBƏ
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında boks üzrə 60 kq çəki dərəcəsində təmsil edəcək Albert Səlimovun Sportnet.az-a müsahibəsi...
- Hazırlıq prosesi necə gedir?
- Hələ ki, intensiv mərhələyə keçməmişik. Yavaş-yavaş formamızı yığmağa çalışırıq. Olimpiada ərəfəsində pik formaya çatacağıq. Məşqlərin gedişatı yüksək səviyyədədir. Hər şeydən son dərəcə razıyam.
- Bu, Azərbaycan yığmasının heyətində ilk olimpiadandır. Necə düşünürsən, ilk fürsətdəcə ilk olimpiya medalını qazanmaq mümkün olacaq?
- Yaralı yerimə toxundunuz. Bundan əvvəl Rusiya yığmasının heyətində dünya çempionu, bir dəfə isə Avropa çempionu olmuşam. 2008-ci il Pekin olimpiadasına da qatılmışam. Amma kolleksiyamda yeganə çatışmayan olimpiya medalıdır. Bunun da ilkini elə qızıl medalla qeyd etmək istəyirəm. Çox inanıram ki, buna nail olacağam.
- Bu yolda sənə kimlər ciddi maneə yarada bilər?
- Əsas rəqibim Albert Səlimovdur (gülür – S.Ə.).
- Bəs dünya çempionatının finalında uduzduğun kubalı Lasaro Alvares necə?
- Həmin görüşü zədə səbəbindən əldən verdim. Onu bir neçə dəfə məğlub etmişəm. Hesab edirəm ki, olimpiadada qarşılaşsam, onu çətinlik çəkmədən məğlub edə bilərəm. Mənim üçün asan rəqibdir.
- Həmin zədənin fəsadları hələ də qalır?
- Xeyr. Hazırda özümü fiziki baxımdan çox yaxşı hiss edirəm. Zədəmin Rioda da özünü biruzə vermə ehtimalı çox azdır.
- Rusiya yığmasının heyətində çıxış edərkən tanınmış Azərbaycan boksçusu Şahin İmranovla dəfələrlə qarşılaşıb, onu məğlub etmisən. Bu baxımdan maraqlıdır, hazırda Azərbaycanın şərəfini qorumaq necə hissdir?
- Özümü əvvəllər rəqib olan ölkədə çıxışı edən boksçu kimi hiss etmirəm. Şahinlə o vaxtlar rəqib idik, indi isə eyni ölkənin idman uğurları üçün çalışan insanlarıq. İmranovla elə o vaxtlar da, indi də çox yaxşı münasibətlərimiz var. Azərbaycanda çox sərbəstəm.
Sahib ƏSƏDBƏYLİ
Müsahibə AFFA yanında Media Komitəsinin dəstəyi ilə hazırlanıb.