"Olimpiada idmanın zirvəsi olan bir yarışdır və hər bir idmançının xəyalı, arzusu bu yarışda, oyunlarda qızıl medal və medal qazanmaqdır. Biz də medal qazandıqdan sonra, belə desək, tez bir zamanda medalımız korlandı".
Sportnet.az-ın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Paris-2024 olimpiadasında qazandığı bürünc medalı yenisi ilə əvəzlənmiş Yunan-Roma güləşçisi Həsrət Cəfərov deyib.
Olimpiadadan qayıtdıqdan sonra bu barədə MOK-a bildirib:
"Çox sağ olsunlar ki, bu işin üstünə düşdülər və ciddi şəkildə və tez bir zamanda medalımızı geri göndərdilər və yenisilə əvəz olundu. buna görə Milli Olimpiya Komitəsinə öz təşəkkürümü bildirirəm".















































































