
Sərbəst güləş üzrə rusiyalı olimpiya çempionu Vladimir Yumin vəfat edib. Sportnet.az-ın məlumatına görə, Yumin 65 yaşında ikən Dağıstanın Kaspiysk rayonunda ürəktutmasından dünyasını dəyişib.
Məşhur pəhləvan bu gün dəfn olunacaq.
Qeyd edək ki, Vladimir Yumin 1976-cı il Monreal Yay Olimpiya Oyunlarında 57 kq çəki dərəcəsində qızıl medal qazanıb. O, eyni zamanda 4 qat dünya çempionu (1974, 1977, 1978, 1979) və 3 qat Avropa çempionu (1975, 1976, 1977) olub.