
2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında çıxış edəcək Azərbaycan yığmasının bayraqdarı hələ müəyyənləşməyib. Sportnet.az-ın məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov açıqlama verib.
O bildirib ki, olimpiadada yüksək yerlər tutacaq idmançılara mükafatların həcmini prezident İlham Əliyev təyin edəcək: "Mükafatın məbləği iyulda Prezidentin imzalayacağı sərəncama əsasən müəyyənləşəcək".
Qeyd edək ki, Rio-de-Janeyro Yay Olimpiya Oyunları 5 - 21 avqustda keçiriləcək. Hazırda Azərbaycanın idmançılarının bayraqdarı olmağa London-2012-nin qalibi Toğrul Əsgərov əsas namizəddir.