1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İOC-da müxtəlif vəzifələrə seçkilər keçirildi
Dünya Güləş Birliyinin (UWW) prezidenti Nenad Laloviç Beynəlxalq Olimpiya Komitəsinin (İOC) İcraiyyə Komitəsinə üzv seçilib.
Sportnet.az-ın məlumatına görə, seçki İOC-un Cənubi Koreyanın Pxençxan şəhərindəki 132-ci Sessiyası çərçivəsində gerçəkləşib. Serbiyalı funksioner İcraiyyə Komitəsində qarşıdakı 4 il müddətində üzv olacaq. O, Yay Olimpiya Növləri İdman Federasiyaları Assosiasiyasının nümayəndəsi olacaq. Laloviç güləş növündə İOC-a seçilən ilk nümayəndə kimi tarixə düşüb.
Sessiya çərçivəsində İOC-un vitse-prezidenti vəzifəsinə seçki də olub. Bu vəzifəni çinli Yuy Tszaytsin tutub.
Bundan başqa çexiyalı Yirji Keyval İOC-un yeni üzvü seçilib.