
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan cüdo yarışları üçün Azərbaycan millisinin heyəti açıqlanıb.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, İslamiadanın yerli təşkilat komitəsi hər bir iştirakçı ölkələrə 5 kişi və 7 qadın cüdoçu üçün kvota ayrılıb.
Noyabrın 9-da start götürəcək mübarizəyə Azərbaycanı performans direktoru və kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, eləcə də qadınlardan ibarət millinin baş məşqçisi Amina Abdellatifin rəhbərliyi altında 12 cüdoçu qatılacaq.
Heyət seçimində qarışıq komanda yarışında zədə və digər hallar səbəbilə ehtiyat idmançıların olması xüsusi diqqətdə saxlanılıb.
Təşkilatçıların tətbiq etdiyi kvota məhdudiyyətinə görə milli Oyunlarda tam heyətlə çıxış edə bilməyəcək.
İki gün davam edəcək cüdo yarışlarında 30-dan çox ölkənin idmançıları mübarizə aparacaqlar:
Milli komandanın heyəti:
Kişilər
-66 kq: Ruslan Paşayev
-73 kq: Hidayət Heydərov
-90 kq: Elcan Hacıyev
-100 kq: Zelim Kotsoyev
+100 kq: Uşanqi Kokauri
Qadınlar
-48 kq: Könül Əliyeva
-52 kq: Aydan Vəliyeva, Gültac Məmmədəliyeva
-57 kq: Fidan Əlizadə
-70 kq: Südabə Ağayeva, Aytac Qardaşxanlı
-78 kq: Günel Həsənli