Azərbaycanın voleybolçu qadınlardan ibarət milli komandası Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında ilk görüşünü keçirib.
Sportnet.az xəbər verir ki, yığma İran komandası ilə qarşılaşıb.
Görüş Faiq Qarayevin baş məşqçi olduğu kollektivin qələbəsi ilə yekunlaşıb - 3:0 (25:11, 25:16, 26:24).
Beləliklə, Azərbaycan millisi İslamiadaya qalibiyyətlə başlayıb.


























































































