"Ən çətin görüşüm final oldu. Çünki rəqibimlə hər gün eyni zalda məşq edirik".
Bu fikirləri "Minsk 2019" II Avropa Oyunlarında qızıl medal qazanan Mariya Stadnik Sportnet.az-ın Belarusun paytaxtına ezam olunmuş əməkdaşına açıqlamasında deyib.
50 kq çəki dərəcəsində qalib olan idmançı ukraynalı rəqibi Oksana Livaçı yaxşı tanıdığını vurğulayıb: "Demək olar ki, məşq etdiyimiz klubda rəfiqəyik. Bu baxımdan, onunla finaldakı görüş psixoloji baxımdan çətin idi".
Stadnik "Minsk 2019"un təşkilatçılığı barədə də xoş sözlər söyləyib: "Təşkilatçılıq əladır. Bütün təşkilatçılara minnətdaram. Atletlər Kəndində hər şey var. Eyni sözləri yarış zalları barədə də demək olar. Burada olduğumuz müddətdə heç bir insidentlə rastlaşmamışıq".