1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rio-2016 ilə bağlı yekun qərar
"Ölkədəki mürəkkəb siyasi və iqtisadi vəziyyətə baxmayaraq, Braziliya hökumətinin 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarını uğurla həyata keçirəcəyinə əminəm". Sportnet.az-ın məlumatına görə, bunu Beynəlxalq Olimpiya Komitəsinin (İOC) Koordinasiya Komissiyasının rəhbəri Naval Əl Mütavakel deyib.
Komissiyanın Rio-de-Janeyroya 3 günlük yekun səfərini dəyərləndirən İOC rəsmisi qarşıdakı olimpiadanın gözəl irs qoyacağına inam ifadə edib: "Yolun sonuncu sahəsi həmişə ən çətini olur. Hazırlığın bu mərhələsində hələ minlərlə xırda məsələni yoluna qoymaq lazım gəlir. Məhz onların həllinə gedən vaxt olimpiadanı adi Oyunlardan fərqləndirir. "Rio-2016" komandası bu çağırışa hazırdır".
Qeyd edək ki, Rio-de-Janeyro Yay Olimpiya Oyunları 5 - 21 avqustda keçiriləcək.