Azərbaycanı Rio-de-Janeyroda keçirilən Yay Olimpiya Oyunlarında təmsil edən boksçu Əbdülqədir Abdullayev ilk döyüşünü başa vurub. Sportnet.az-ın məlumatına görə, 91 kq çəkidə gedən mübarizədə rəqib fransalı rəqib Paul Omba Bionqolo olub.
Təmsilçimiz hər üç raundda qalib gəlməyi bacarıb və adını 1/4 finala yazdırıb.










































































