
Ağdamın "Qarabağ" klubunun kapitanı Rəşad Sadıqov sıraya dönüb. Bu barədə Sportnet.az-a komandanın baş məşqçisi Qurban Qurbanov məlumat verib.
ABŞ yığma komandası ilə yoxlama görüşü öncəsi millimizin təlim-məşq toplanışı zamanı zədələnən Sadıqov, bu gündən etibarən ümumi qrup halında məşqlərə qatılıb. Qurban Qurbanov iyunun 22-də Avstriyaya yollanacaq heyətdə komandanın kapitanının da yer alacağını bildirib: "Sadıqov artıq tam gücü ilə məşq etməyə hazırdır. Avstriya toplanışında da komanda ilə birgə olacaq".