1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimizi sevindirən və məyus edən futbolçu zədələndi
İtaliyanın "Yuventus" klubunun futbolçusu Corco Kyellini Çempionlar Liqasında İspaniya "Barselona"sı ilə final matçı öncəsi zədələnib. Sportnet.az-ın məlumatına görə, 31 yaşlı müdafiəçi son məşqlərdən birində baldır əzələsindən xəsarət alıb.
Nəticədə Kyellini məşqi vaxtından əvvəl tərk edib. Futbolçu bu gün tibbi müayinədən keçəcək. Bununla yanaşı, Andrea Bartsalyinin kollektiv məşqlərə qoşulduğu açıqlanıb.
Kyellinin zədəsi onun Azərbaycan millisi ilə AVRO-2016-nın seçmə mərhələsində eyni qrupda yer alan İtaliya yığmasındakı çıxışlarını da sual altında qoyub. O, ötən ilin oktyabrında Palermodakı qarşılaşmada millimizin qapısından 2 qol vurmaqla yanaşı, avtoqol da edib. Bakıdakı matç bu ilin oktaybrında olacaq.
Qeyd edək ki, "Yuventus" və "Barselona" arasındakı final matçı iyunun 6-da Almaniyanın paytaxtı Berlindəki "Olimpiaştadion"da olacaq. Corco Kyellini bu mövsüm Çempionlar Liqasında 12 oyunu əvəzlənmədən keçirib və 3 sarı vərəqə alıb.