Azərbaycan 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına 3-cü lisenziyanı qazanıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, bu, atletikanın çəkicatma növündə çıxış edən Hanna Skidandır. 23 yaşlı idmançı Moldovada kçirilmiş açıq çempionatda 72.31 metr nəticə ilə 2-ci yeri tutub. Bu isə ukraynalı legionerin Rio-2016-ya lisenziyası üçün yetərli olub.
Qeyd edək ki, daha öncə Azərbaycanın daha bir çəkicatanı Dmitri Marşin də Rio-2016-ya lisenziya qazanıb. İlk lisenziyanı isə boksçu Albert Səlimov (60 kq) əldə edib.