1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
QALMAQAL: FİFA İrlandiyaya rüşvət verib
İrlandiya Futbol Federasiyası 2009-cu ildə FİFA və prezidenti Yozef Blatter tərəfindən 5 milyon avro rüşvət aldıqlarını bəyan edib. Sportnet.az-ın məlumatına görə, İFF DÇ-2010-un seçmə mərhələsində Fransa ilə matçla bağlı məhkəmə prosesinə başlamaq niyyətindədir.
İFF prezidenti Con Dileyni DÇ-2010-un "pley-off" mərhələsinin İrlandiya - Fransa cavab oyununda (1:1) Tyerri Anrinin əllə oynamasına etiraz etməmələri üçün FİFA-dan 5 milyon avro rüşvət aldıqlarını bildirib:
"Mən FİFA-nın prezidenti Yozef Blatterlə görüşdüm və nə düşündüyümü ona dedim. Biz razılığa gəldik. Bu həftənin cümə axşamı günü olub. Bazarertəsi isə biz sənədləri imzaladıq. Həmin saziş sərfəli və qanunauyğundu idi. Bu ödəniş bizim məhkəməyə müraciət etməməyimiz üçün idi".
Qeyd edək ki, 2 iyunda FİFA prezidenti Yozef Blatter korrupsiya qalmaqalına görə istefa verməli idi. Lakin onunla bağlı rəsmi ittihamlar təqdim olunmamışdı.