"Xəzər Lənkəran”ın
sabiq futbolçusu Rendall Brenes DÇ-2014-də Kosta-Rika yığmasının heyətində
debüt edib. Sportnet.az-ın məlumatına görə, hücumçu İtaliya ilə görüşün 81-ci dəqiqəsində
yeganə qolun müəllifi Brayan Ruizin əvəzinə meydana daxil olub.
Kosta-Rika
milli komandası 1:0 hesabı ilə qalib gəldiyi görüşdən sonra xal ehtiyatını 6-ya yüksəldərək, DÇ-2014-ün 1/8
finalına vəsiqəni təmin edib.
Qeyd edək ki, Kosta-Rikanın "Kartagines” klubundan "Xəzər Lənkəran”a 2012-ci ildə transfer olunamuş Rendall Brenes cənubluların sıralarında 12 görüşdə meydana çıxıb və 1 qol vurub. O, DÇ-2014 iştirakçıları arasında Topaz Premyer Liqasında çıxış etmiş yeganə futbolçudur.