İlk Avropa Oyunlarına hazırlıqla bağlı bütün işlər plan üzrə gedir. Bütün gücümlə yarışlara hazırlaşıram. Sportnet.az-ın məlumatına görə, bu sözləri Milli.Az-a açıqlamasında Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək avarçəkən Valentin Demyanenko bildirib.
Uğurlu performans göstərəcəyinə inandığını deyən idmançı hansı yeri tutacağı barədə proqnoz vermək istəməyib.
"Hansı yer sizin üçün ən uğurlu sayıla bilər?" sualına idmançı "yaşayıb görəcəyik" deyə cavab verib.
"Hansı yer sizin üçün ən uğurlu sayıla bilər?" sualına idmançı "yaşayıb görəcəyik" deyə cavab verib.
"Hansı rəqibinizdən daha çox çəkinirsiniz?" sualına isə idmançının cavabı maraqlı olub: "Oyunlarda 17 nəfər rəqibim var. Hər birinə hörmətlə yanaşıram. Ancaq heç birindən çəkinmirəm. Çəkindiyim yeganə şey Allahın qəzəbidir", - Demyanenko vurğulayıb.
Xatırladaq ki, avarçəkmə üzrə yarışlar iyunun 14-də Mingəçevir şəhərində başlayacaq.