1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Atletlər Kəndində Ermənistan bayrağı ayrıca qaldırılmayacaq
"Bakı 2015" I Avropa Oyunlarına qatılacaq 50 ölkənin nümayəndə heyətləri üçün Atletlər Kəndində təntənəli salamlama və bayraqların qaldırılması mərasimi təşkil olunacaq. Sportnet.az-ın məlumatına görə, bu barədə Azərbaycan nümayəndə heyətinin rəhbəri Könül Nurullayeva xəbər verib.
Onun sözlərinə görə, təntənəli mərasim iyunun 11-də saat 18:00-da kəndin Bayraq Meydanında baş tutacaq. Nümayəndə heyətləri Atletlər Kəndinin meri Elçin Səfərov tərəfindən salamlandıqdan sonra bütün ölkələrin bayraqları qaldırılacaq. K.Nurullayeva bildirib ki, Olimpiya Oyunları ilə müqayisədə, Avropa Oyunlarında hər bir ölkə bayrağının ayrı-ayrılıqda deyil, eyni vaxtda dalğalandırılmasına qərar verilib.
Qeyd edək ki, tədbirdə rəsmi şəxslərin, o cümlədən, Azərbaycanda akreditə olunmuş diplomatik korpus nümayəndələri və rəhbərlərinin iştirakı gözlənilir. ("Report")