
Milli Olimpiya Komitələri Assosiasiyasının prezidenti şeyx Əhməd əl-Fahad Əl-Sabah iyunun 10-da Azərbaycana gəlib. Sportnet.az-ın məlumatına görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda şeyx Əhməd əl-Fahad Əl-Sabahı "Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşılayıblar.
Əhməd əl-Sabah I Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək.










































































