
Avro-2016-nın seçmə mərhələsində bu gün keçiriləcək Norveç - Azərbaycan oyununa bilet satışı davam edir. Sportnet.az-ın məlumatına görə, bu barədə Norveç Futbol Federasiyasının rəsmi saytı xəbər verib.
Dünənə kimi oyuna 17 min bilet satılıb.
Qeyd edək ki, Oslonun "Ullevaal" stadionunda keçiriləcək Norveç-Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.










































































