
Təşəbbüs komandanın hazırkı baş məşqçisi Oğuz Çətindən gəlib. Şentürk təklifi qəbul etsə, ildə 1,5 milyon avro qazanacaq. Hazırda təcrübəli futbolçu azad agent statusundadır. Onun ötən mövsüm çıxış etdiyi "Antalyaspor"la müqaviləsi başa çatıb. Türkiyəli hücumçu qərarını istirahətini başa vurduqdan sonra verəcək.
Qeyd edək ki, Semih Şentürk vaxtilə "Fənərbağça"da ikən Oğuz Çətinin rəhbərliyi altında qısa müddət çalışıb. O, karyerası ərzində 5 dəfə Türkiyə çempionu, 2007-2008-ci il mövsümündə isə bombardir olub. Semih Türkiyə millisinin heyətində 2008-ci il Avropa çempionatının bürünc medalını qazanıb.