1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Mənə təsir edən oğlumun boynuna qızıl medal taxa bilməməyimdir"
"İstərdim qızıl medal qazanım. Qismət belə imiş". Sportnet.az-ın "Report"a istinadən məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı 2015" I Avropa Oyunlarında kişilər arasında kumite yarışlarında 67 kq çəki dərəcəsində bürünc medal qazanmış Azərbaycan karateçisi Niyazi Əliyev deyib.
O, xalqımız qarşısında baş əydiyini və üzr istədiyini bildirib: "Düzdür, bürünc medal da pis deyil. Keçən dəfə Burak Uyqurla Avropa çempionatında qarşılaşmışdım. Mənə təsir edən uduzmağım yox, oğlumun boynuna qızıl medal asa bilməməyimdir. O məni tribunadan izləyirdi. Heç kim istəməz ki, səhv etsin. Bu, idman şanssızlığıdır. Yarışa çox ciddi hazırlaşırdıq. Bizi dəstəkləyən hər kəsə təşəkkürümü bildirirəm".