
Malayziyanın "T-Tim" komandasında çıxış edən David Oniya yaşıl meydanda huşunu itirərək, dünyasını dəyişib. Sportnet.az-ın məlumatına görə, hadisə "Kelantana" ilə yoldaşlıq oyununun 3-cü dəqiqəsində baş verib.
Nəticədə Oniya yerli xəstəxanalardan birində dünyasını dəyişib. 30 yaşlı müdafiəçinin ölüm səbəbi bilinmir. Oyun 60-cı dəqiqədə David Oniyanın ölüm xəbəri gəldikdən sonra dayandırılıb.
Qeyd edək ki, David Oniya əvvəllər bir sıra klubların, o cümlədən, 2004 - 2007-ci illərdə "Neftçi"nin formasını geyinib.









































































