1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azad Rəhimov: "Etimadı doğrultmuşuq"
Milli Olimpiya Komitəsində (MOK) "Bakı 2015" I Avropa Oyunlarında qələbə çalan idmançılarla görüş keçirilib. Sportnet.az-ın məlumatına görə, görüşdə gənclər və idman naziri, "Bakı 2015" I Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Güləş Federasiyasının vitse-prezidenti Namiq Abdullayev iştirak edib.
Nazir Azad Rəhimov deyib ki, Azərbaycan Avropa Oyunlarında yüksək nəticə göstərib: "Belə uğur qazanacağımıza inanmırdıq. Hələki Azərbaycan birinci yerdədir, bu, sevindirici haldır. Bu yeri qoruyub, saxlamaq lazımdır. Azərbaycan idman ölkəsidir və belə tədbirləri keçirməyə layiqdir. Bizə göstərilən etimadı doğrultmuşuq. Biz yenə də medallar gözləyirik. İdmançıların mübarizə ruhu yüksək səviyyədədir. Fürsətdən istifadə edib, idmançıları təbrik edirəm".
Sonda medal qazanan idmançılara qiymətli hədiyyələr verilib. ("Report")