
AZAL klubu yay transfer pəncərəsi dövründə ilk transferini reallaşdırıb. Sportnet.az-ın klubun saytına istinadən məlumatına görə, son mövsümü Türkiyənin "Giresunspor" komandasında keçirmiş Ayaz Mehdiyevlə rəsmi müqavilə imzalanıb.
Cinah yarımmüdafiəçisi 1+1 il prinsipli müqaviləyə qol çəkib.










































































