
Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək Ağdamın "Qarabağ" klubu "Neftçi"dən ayrılan Elvin Yunuszadəni heyətinə qatıb. Bu barədə Sportnet.az-a klubun mətbuat xidmətindən məlumat verilib.
23 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Bununla yanaşı Ağdam klubu İlqar Qurbanov ilə müqaviləni yeniləyib. Yeni sazişə əsasən Qurbanov daha 1 il "Qarabağ"ın uğurları üçün tər tökəcək.









































































