
2014/2015 mövsümün gümüş mükafatçısı "İnter" klubu heyətini gücləndirməkdə davam edir. Sportnet.az-a klubdan verilən məlumata görə, paytaxt təmsilçisi 3 futbolçunu heyətinə qatıb.
"İnter" AZAL-ın müdafiəçiləri Laşa Kasradze ilə Xuan Fransisko və Gürcüstanın "Dila” klubunun yarımmüdafiəçisi Nika Kvekveskiri transfer edib. Gürcüstanlı futbolçularla 1 illik, ispaniyalı ilə isə 6 aylıq müqavilə imzalanıb.
Qeyd edək ki, "İnter" daha öncə Yuri Fomenko ilə Mirhüseyn Seyidovu da rənglərinə bağlayıb.







































































