
"Qarabağ"ın Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində yoxlama matçında qarşılaşacağı ilk rəqib müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, bu, Avstriya "Ştutqart"ının ikinci komandasıdır.
Görüş Ağdam komandasının məskunlaşdığı Kössen qəsəbəsinin stadionunda baş tutacaq. Digər yoxlama görüşlərinin iyulun 3-ü, 7-si və 8-də təşkili planlaşdırılır.







































































