Azərbaycanı Çempionlar Liqasında təmsil edən "Qarabağ"ın rəqibi bəlli olub. Sportnet.az-ın məlumatına görə, Ağdam təmsilçisi Monteneqronun "Rudar" klubu ilə qarşılaşacaq.
x x x
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi iştirakçıları arasında növbəti bölgü aparıb. Sportnet.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi "Qarabağ"ın potensial rəqiblərinin sayı 5-ə enib.
Bunlar "Sarayevo" (Bosniya və Herseqovina), "Astana" (Qazaxıstan), "Rudar" (Montyeneqro), "Vardar" (Makedoniya) və "Hibernians" (Malta) komandalarıdır.
XXX
Bu gün futbol üzrə Çempionlar Liqasında I və II təsnifat mərhələlərinin püşkü atılacaq. Sportnet.az-ın məlumatına görə, püşkatmə nəticəsində Azərbaycan çempionu "Qarabağ"ın rəqibi də müəyyənləşəcək.
Ağdam komandası mübarizəyə II təsnifat mərhələsindən başlayacaq. Klub səpələnmişlər səbətində yer alacaq. Mərasim Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Çempionlar Liqası
I təsnifat mərhələsi
(30 iyun-1 iyul və 7-8 iyul)
1. "Linkoln” (Cəbəllürariq) - "Santa Koloma” (Andorra)
2. "Kruzaders” (Şimali İrlandiya) - "Levadiya” (Estoniya)
3. "Pünik” (Ermənistan) - "Folqor” (San-Marino)
4. B-36 (Farer adaları) - TNS (Uels)
II təsnifat mərhələsi
14-15 iyul və 21-22 iyul
II təsnifat mərhələsi
(14-15 iyul və 21-22 iyul
"Hibernians” (Malta) - "Makkabi” (Təl-Əviv, İsrail)
APOEL (Kipr) - "Vardar” (Makedoniya)
"QARABAĞ” (AZƏRBAYCAN) - "Rudar” (Monteneqro)
II təsnifat mərhələsi
Səpələnmişlər: "Styaua" (Rumıniya), "Seltik" (Şotlandiya), APOEL (Kipr), BATE (Belarus), "Ludoqorets" (Bolqarıstan), "Dinamo" (Zaqreb, Xorvatiya), "Maribor" (Sloveniya), "Makkabi" (Təl-Əviv, İsrail), "Lex" (Polşa), "Partizan" (Serbiya), "Malmö" (İsveç),"Qarabağ" (AZƏRBAYCAN), HİK (Finladniya), "Molde" (Norveç), "Midtyulland" (Danimarka), "Videoton" (Macarıstan), "Şkenderbeu" (Albaniya)
Səpələnməmişlər: "Sarayevo" (Bosniya və Herseqovina), "Ventspils" (Latviya), "Dila" (Gürcüstan), "Trençin" (Slovakiya), "Jalgiris" (Litva), "Astana" (Qazaxıstan), "Milsami" (Moldova), "Rudar" (Çernoqoriya), "Vardar" (Makedoniya), "Styarnan" (İslandiya), "Fola" (Lüksemburq), "Dandalk" (İrlandiya), "Hibernians" (Malta)
Qeyd edək ki, Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları 14-15 iyulda, cavab qarşılaşmaları isə 21-22 iyulda keçiriləcək.