
"Neftçi" klubu braziliyalı futbolçu Ailton Fereyra Silvanı icarə əsasında heyətinə cəlb edib. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Braziliya A seriyasında mübarizə aparan "Fluminense" klubunda oynamış 20 yaşlı gənc müdafiəçi 1 il müddətinə icarəyə götürülüb. 
Sabahdan etibarən "Neftçi" ilə məşqlərə qatılacaq Ailton "ağ-qaralar"da 6 nömrəli formanı geyinəcək.









                 





    
    
    
    
    
    
    
    
    






















































