
Avropa Liqasının I təsnifat mərhələsində Çernoqoriyada keçirilməsi nəzərdə tutulan "Mladost" - "Neftçi" matçının yeri dəyişdirilib. Sportnet.az-ın qol.az-a istinadən məlumatına görə, bu barədə UEFA qərar verib. 
Qaydalara əsasən, bir şəhərin iki komandası eyni gündə öz meydanında oyun keçirə bilməz. Bakı "İnter"inin də Avropa Liqasındakı oyunu eyni günə təsadüf etdiyindən klubların qarşılıqlı razılığı əsasında ilk olaraq "Neftçi" "Mladost"u qəbul edəcək.
İyulun 2-də "Bakcell Arena"da baş tutacaq oyun saat 21:00-da başlanacaq. 









                 





    
    
    
    
    
    
    
    
    






















































