
"Zirə" klubu heyətini gücləndirməkdə davam edir. Sportnet.az-ın məlumatına görə, paytaxt təmsilçisi daha iki futbolçu ilə müqavilə imzalanıb. 
	
	
Hacı Əhmədov və Tellur Mütəllimov "Zirə"nin formasını geyinəcək. "Qarabağ"dan ayrılan yarımmüdafiəçi Hacı Əhmədovla müqavilənin müddəti 1+1 il şərtiylədir. Tellur Mütəllimov isə "Qəbələ"dən bir il müddətinə icarəyə götürülüb.









                 




    
    
    
    
    
    
    
    
    






















































