Gürcüstanın "Dila" və Ermənistanın "Şirak" komandaları arasında keçirilmiş yoxlama matçında dava düşüb. Sportnet.az-ın "news.am"a istinadən məlumatına görə, Qori şəhərindəki oyunda qarşıdurmada hər iki komandanın futbolçuları iştirak edib.
Toqquşma nəticəsində xəsarət alan olmayıb. Amma baş hakim "Şirak"ın 2 futbolçusunu meydandan qovub.
Qeyd edək ki, matç "Dila"nın qələbəsi ilə yekunlaşıb - 2:0. Hər iki qol penaltidən vurulub.