
Bu gün "Bakı 2015" I Avropa Oyunlarında qadın voleybolçuların mübarizəsinə yekun vurulub. Sportnet.az-ın məlumatına görə, əvvəlcə Azərbaycan və Serbiya yığma komandaları bürünc medal görüşünə çıxıblar.
Oyunda millimiz hesabda 2 dəfə önə çıxsa da, "tay-breyk"də uduzaraq, mükafatçılar sırasına düşə bilməyib. Nəticədə bürünc medala Serbiya yiyələnib. Qızıl medalı isə Türkiyə millisi əldə edib. "Ay-ulduzlular" finalda Polşanı çətinlik çəkmədən yenib - 3:0 (25:11, 25:19, 25:13).
Türkiyə və Polşa milliləri finalda qarşılaşacaqlar.
Qeyd edək ki, Azərbaycan yığması Polşa, Belçika, İtaliya, Rumıniya və Türkiyənin yer aldığı A qrupunda 2-ci yeri tutub. 1/4 finalda Hollandiyanı 3:0 (25:21, 25:23, 25:14) hesabı ilə məğlub edən təşkilatçı ölkə millisi yarımfinalda Türkiyəyə "tay-breyk"də uduzub - 2:3 (21:25, 25:23, 19:25, 25:23, 11:15).
Avropa Oyunları
Qadın voleybolu
3-cü yer uğrunda görüş
16:00. AZƏRBAYCAN - SERBİYA - 2:3 (25:21, 19:25, 25:17, 14:25, 9:15)
AZƏRBAYCAN: 2. Kseniya pozdnyak, 4. Oksana Kurt, 5. Odina Bayramova, 6. Ayşən Abduləzimova, 11. Katerina Jidkova, 17. Polina Rəhimova, 12. Valeriya Məmmədova (libero)