
Onların arasında yeni transferlərdən Ruslan Abışovla yanaşı, Andrey Kristya və Adrian Rotopan da var. Əvəzində müdafiəçi Rail Məlikovun adı siyahıda yoxdur. "Qəbələ" rəhbərliyi siyahıya öz akademiyasının yetirmələrindən Urfan Abbasov və Müşfiq Teymurovu da salıb:
Qeyd edək ki, "Qəbələ" Avropa Liqasının I təsnifat mərhələsində Bosniya və Herseqovinanın "Şiroki Briyeq" komandasını qəbul edəcək. Oyunlar iyulun 3-də və 10-da olacaq. Azərbaycan təmsilçisi növbəti mərhələyə adlayacağı halda, rəqib Çexiya "Mlada Boleslav"ı olacaq.